Ermənistan hökumətində yeni təyinatlar

Ermənistan hökumətində yeni təyinatlar Ermənistanda yeni hökumətin yaradılması prosesi davam edir.

Novator.az-ın məlumatına görə, prezident Serj Sərkisyanın sərəncamları ilə David Tonoyan fövqəladə hallar naziri, Qraçya Rostomyan gənclər və idman naziri, Armen Əmiryan mədəniyyət naziri, Levon Altunyan səhiyyə naziri təyin olunub. Onlar əvvəlki hökumətdə də eyni vəzifələrdə çalışırdılar.

Mayın 18-də Karen Karapetyan yenidən baş nazir postunu tutub. Hökuməti 105 nəfərlik yeni parlamentdə 58 mandatı olan hakim Respublika Partiyası qurur. Partiya parlamentdə 7 mandatla təmsil olunan Daşnaksütunla koalisiya razılaşması imzalayıb.

Ötən həftə Vaçe Qabrielyan baş nazirin müavini, beynəlxalq iqtisadi inteqrasiya və islahatlar naziri, Edvard Nalbandyan xarici işlər naziri, Vigen Sərkisyan müdafiə naziri, Qranuş Akopyan diaspor naziri, Suren Karayan iqtisadi inkişaf və investisiya naziri, Vardan Aramyan maliyyə naziri, Vahan Martirosyan nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri, Aşot Manukyan enerji infrastrukturu və təbii sərvətlər naziri, İqnati Arakelyan kənd təsərrüfatı naziri vəzifəsində saxlanıb.

Deputat seçildiyi üçün ədliyyə naziri postundan getmiş Arpine Ovannisyanın yerini isə David Arutyunyan tutub.

Oxşar xəbərlər