Azərbaycanda arvad ərini öldürdü, basdırdı, sonra... - TƏFƏRRÜAT (YENİLƏNDİ)

Azərbaycanda arvad ərini öldürdü, basdırdı, sonra... - TƏFƏRRÜAT (YENİLƏNDİ) Göyçay rayon Çərəkə kənd sakini 37 yaşlı Sadiq Musayevin öldürülməsinin təfərrüatı məlum olub.

Kənd sakinlərinin Publika.az-a verdiyi məlumata görə, hadisə iyunun 14-də baş versə də, onun meyiti dünən aşkarlanıb. Sakinlər deyir ki, S.Musayevin Arzu Musayeva tərəfindən öldürülməsi inandırıcı deyil, ona görə də şübhəlilər sırasında başqaları da var: “Onların 4 uşağı var. Böyüyü 7-ci sinifdə oxuyur, balacanın 1 yaşı var. Aralarında münaqişə olurdu. Amma kişini öldürüb həyətdə basdırmaq qadın işi deyil. Artıq polis də Teymur və Seymur adlı iki nəfəri saxlayıb”.
İlkin məlumata görə, Sadiq iyunun 14-də dostları ilə birlikdə evində yeyib-içib. Hadisə də ondan sonra baş verib. Adıçəkilən iki nəfər Sadiqi öldürməkdə təqsirləndirilir. Hazırda onlar dindirilir.

Hadisə isə Sadiqin balaca oğlu tərəfindən açıqlanıb. Belə ki, iyunun 14-dən polis onu axtarırdı. Dünən 5-ci sinifdə oxuyan oğlu atasının evin arxasında basdırıldığını deyib. Polis onun dediyi yerə baxış keçirib və meyiti aşkarlayıblar. Sadiq öldürülərkən ancaq həmin uşaq oyaq olub, digərləri yatıbmış.

***

Göyçayda qətl hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, ötən gün axşam saatlarında rayonun Çərəkə kənd sakini, 1980-ci il təvəllüdlü Musayev Sadiq Asif oğlunun yaşadığı evin həyətində meyiti tapılıb. Onun bıçaq və balta ilə öldürüldüyü bildirilir. Sadiq Musayevin həyat yoldaşı, 1986-cı il təvəllüdlü Musayeva Arzu Güləhməd qızı hadisəni törətməkdə şübhəli bilinərək saxlanılıb.

Kənd sakinlərinin sözlərinə görə, 4 uşaq anası olan Arzu Musayeva dünən hadisə baş verəndən az sonra Göyçay rayon Polis Şöbəsinə aparılıb və hazırda orda dindirilir.

Onun ərini hansı səbəbdən qətlə yetirdiyi hələ ki, məlum deyil. Qonşuların sözlərinə görə, ailədə tez-tez münaqişə baş verib. Sadiq Musayevin çoban olduğu, eyni zamanda fəhlə kimi çalışdığı bildirilir.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Oxşar xəbərlər