Dünya səyahətinə çıxan Valentinin başına Bakıda oyun açdılar- Biabrçılıq- FOTOLAR

Dünya səyahətinə çıxan Valentinin başına Bakıda oyun açdılar- Biabrçılıq- FOTOLAR
  • Sosial / Maraqlı / Olay

  • Fransadan velosiped səyahətinə çıxaraq Almaniya, Balkan balkanlar, Yunanıstan, İraq, İran, Türkiyə, Gürcüstandan keçərək Azərbaycana gələn Vlanetin və iki yoldaşının başına ölkəmizdə iş gəlib.

    Asiya.az xəbər verir ki, bu barədə Qərb Universitetinin Biologiya kürsüsünün rəhbəri Araz Zeyniyev "Facebook"da məlumat yayıb.

    Onun sözlərinə görə, 7000 km-dən çox yol gələn səyahətçilərin velosipedi Bakıda oğurlanıb:

    "Valentin və iki yoldaşı velosiped ilə bir ildir Fransadan başlayıb Almaniya, balkanlar, Yunanıstan, Türkiyə, İraq, İran Gürcistandan keçib Bakıya gəliblər bir həftə əvvəl. Buradan Qazaxstana keçib dünya ətrafında tam dövrəni Çin, Avstraliya, Amerika, Afrika ilə bir neçə ilə tamamlamaq istəyirlər. Bu insanlar sadəcə elə-belə gəzmək deyil, yerli insanlarla müsahibələr götürüb nəticədə sənədli film hazırlayırlar. Artıq əllərində 100 saatdan çox video müsahibə var imiş. Və bilin görək Bakıda nə oldu? Valentinin velosipedini iki zəncirlə bağladığı mənim evimin balkonundan kəsib oğurladır. Bienvenue to Azerbaijan!

    Velosipedini tapıb geri vermək yəqin çox çətindir, ancaq hər halda bu insanların yoluna davam etməsi üçün başqa bir velosiped alması üçün kömək etmək borcumuz var düşünürəm. Ağlımda bir neçə ideya var, Valentin və dostları indiyə kimi olan səyahətləri haqqında, müsahibələri haqda mühazirə verib diqqət çəkmək, kömək edə biləcək insanlar ilə əlaqə qurmaq, öz aramıza müəyyən məbləğı toplayıb kömək etmək, uyğun yerlərə şikayət etmək və s.".


    Dünya səyahətinə çıxan Valentinin başına Bakıda oyun açdılar- Biabrçılıq- FOTOLAR
    Dünya səyahətinə çıxan Valentinin başına Bakıda oyun açdılar- Biabrçılıq- FOTOLAR
    Dünya səyahətinə çıxan Valentinin başına Bakıda oyun açdılar- Biabrçılıq- FOTOLAR
    Dünya səyahətinə çıxan Valentinin başına Bakıda oyun açdılar- Biabrçılıq- FOTOLAR
    Dünya səyahətinə çıxan Valentinin başına Bakıda oyun açdılar- Biabrçılıq- FOTOLAR
    Dünya səyahətinə çıxan Valentinin başına Bakıda oyun açdılar- Biabrçılıq- FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər