Azərbaycanda tükürpədici hadisə - Qadın ərini tövlədə basdırdı

Azərbaycanda tükürpədici hadisə - Qadın ərini tövlədə basdırdı Respublikanın polis və prokurorluq orqanlarının əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış, eləcə də, istintaq tədbirləri nəticəsində itkin düşmüş şəxs kimi 2013-cü ilin yanvar ayının 26-dan axtarışda olan Göygöl rayon Qırıxlı kənd sakini İlham Qəhrəmanovunqətlə yetirildiyini müəyyən edilib.

Asiya.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsinin (RPŞ) rəhbərliyinin xüsusi nəzarəti altında həyata keçirdiyi əməliyyat nəticəsində İ.Qəhrəmanovun 2013-cü ildə həyat yoldaşı Göygöl rayon sakini Aynurə Qəhrəmanova tərəfindən ailə münaqişəsi zəminində qətlə yetirildiyi və həyətdəki tövlədə basdırıldığı müəyyən edilib.

Göygöl RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən A.Qəhrəmanova saxlanılaraq istintaqa təhvil verilib və o, ifadəsi zamanı həyat yoldaşını qətlə yetirəndən sonra həyətdəki yardımçı tikilidə basdırdığını etiraf edib.

Yaradılan əməliyyat-istintaq qrupu tərəfindən yardımçı tikilidə qazıntı işləri aparılıb və mərhumun meyitinin qalıqları ekskumasiya olunaraq Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə göndərilib.

Göygöl RPŞ əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində Qarabağ məhəlləsində yerləşən gölün kənarında qeyri-aşkar şəraitdə rayon sakini Avtandil Əliyevi qətlə yetirməkdə şübhəli bilinən şəxslər də saxlanılıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində A.Əliyevi qətlə yetirməkdə şübhəli bilinən Göygöl rayon sakinləri, əvvəllər məhkum olunmuş Seymur Əhmədov və qohumu Röyal Mamedov tutularaq istintaqa təhvil verilib.

Saxlanılan şəxslər ifadələri zamanı A.Əliyevlə birlikdə gölün kənarında spirtli içki qəbul edəndən sonra aralarında yaranan mübahisə zamanı onu döyərək qətlə yetirdiklərini bildiriblər.

Qeyd edilən hər iki faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər