DİN-dən Gelandewagen-lə yarışan Mazda-nın sürücüsü ilə bağlı açıqlama

DİN-dən Gelandewagen-lə yarışan Mazda-nın sürücüsü ilə bağlı açıqlama
  • Manşet / Hadisə

  • Bakıda dəhşətli qəzaya səbəb olan "Gelandewagen"lə yarışan "Mazda”nın sürücüsünün kimliyi məlum oldu.

    Asiya.azxəbər verir ki, BakuPost.az-ın əməkdaşı məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidovdan açıqlama alıb. Qurum rəsmisi digər sürücünün kimliyinin istintaqa məlum olduğunu deyib:

    ""Mazda”nın sürücüsünün kimliyi istintaqa məlumdur. Cinayət işi açılıb. İstintaq gedir. Ağır yol nəqliyyat hadisəsinin bütün təfərrüatları araşdırılacaq və qanun çərçivəsində hüquqi qiymət veriləcək”.

    E. Zahidov "Mazda”nın sürücüsünün K. Heydərovun qardaşı olması xəbərini təkzib edib: "Bu yalan məlumatdır, şayiədir. Həmin avtomobil Səməd Heydərova məxsus deyil”.
    PAYLAŞ:

    Oxşar xəbərlər