Bakıda FACİƏ: gəlin maşını ölümə səbəb oldu

Bakıda FACİƏ: gəlin maşını ölümə səbəb oldu Bakıda gəlin və bəyi aparan avtomobil yolu keçən piyadanı vuraraq öldürüb.

Report.az bildirir ki, hadisə Nizami rayonu ərazisində baş verib.

Belə ki, 10-UA-071 dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı avtomobil yolu keçən 1989-cu il təvəllüdlü Şahəddin Əhədovu vurub. Nəticədə Ş.Əhədov aldığı ağır xəsarətdən hadisə yerində ölüb.

Hadisəni törətmiş sürücü Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər