Xərçəngdən ölən prezidentlər - SİYAHI

Xərçəngdən ölən prezidentlər - SİYAHI 21-ci əsrin baş bəlası olan xərçəng hətta prezidentlərdən də yan keçmir. Son illər bu xəstəlikdən ölən dövlət başçılarının siyahısı artır ki, azalmır.

Onların bəziləri haqqında məlumatları bir yerə topladıq:

-Kiprin eks-prezidenti Tassos Papadopulos 2008-ci ildə 74 yaşında xərçəngdən vəfat edib.

-Sloveniyanın prezidenti Yanez Drnovşek 2008-ci ildə böyrək xərçəngindən vəfat edib.

-Qabon prezidenti Omar Bonqo 2009-cu ildə 73 yaşında bağırsaq xərçəngindən ölüb.

-Argentina prezidenti Raul Alfonsin 2009-cu ildə 83 yaşında ağciyər xərçəngindən dünyasını dəyişib.

-Suriyanın eks prezidenti Amin Hafes 89 yaşında xərçəng səbəbindən dünya ilə vidalaşıb.

-Litvanın birinci prezidenti Alqirdas Brazauskas 2010-cu ildə limfatik xərçəngdən ölüb.

-Qondurasın eks-prezidenti general Osvaldo 88 yaşında prostat xərçəngindən vəfat edib.

-Abxaziya prezidenti Sergey Baqapş da 2011-ci ildə ağciyər xərçəngindən dünyasını dəyişib.

-Çexiyanın birinci prezidenti Vaçlav Qavel 2011-ci ildə ağciyər xərçəngindən ölüb.

-Əlcəzairin eks prezidenti Şadli Bencedid 2012-ci ildə ağciyər xərçəngindən keçinib.

-Qananın prezidenti Evans Atta Mils qırtlaq xərçəngindən 2012-ci ildə vəfat edib.

-Venesuela prezidenti Uqo Çaves 2013-cü ildə sarcoma şişindən ölüb.

Hazırda xərçəng xəstəsi olan prezidentlər:

-Kolumbiya prezidenti Xuan Santos prostat xərçəngindən əziyyət çəkir.

-Misirin eks-prezidenti Hüsnü Mübarək onkoloji xəstədir.

-Braziliyanın eks-prezidenti Luis Silva udlaq xərçəngidir.

-Qazaxıstan prezidenti Nursultan Nazarbayev də 10 ildir ki, onkoloji xəstəlikdən Avropada müalicə alır. (Medicina.az)

Oxşar xəbərlər