General Elçin Quliyevə və polkovnik Azər Mehdiyevə hökm oxundu - general DTX-yə 8 milyon ödəyəcək

General Elçin Quliyevə və polkovnik Azər Mehdiyevə hökm oxundu - general DTX-yə 8 milyon ödəyəcək
  • Manşet / Hadisə

  • Daha bir MTN dəstəsinin məhkəməsi yekunlaşıb. Məhkəmənin hökmü ilə E.Quliyev 10 il 6 ay və A.Mehdiyev 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə MTN zabitlərinin rütbələri ilə bağlı da qərar elan olunub. Onların hərbi rütbədən məhrum olunması ilə bağlı ölkə başçısına təqdimat göndərilməsi ilə bağlı qərar qəbul edilib.

    Asiya.az musavat.com-a istinadən xəbər verir ki, MTN-in Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə iclası davam edib.

    Bakı Hərbi Məhkəməsində keçirilən proses hakim Elbəyi Allahverdiyev sədrlik edib.

    Qeyd edək ki, ötən prosesdə dövlət ittihamçısı E.Quliyevin 15, A.Mehdiyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini, hər iki şəxsin hərbi rütbəsinin alınmasını, əmlaklarının müsadirə edilməsini istəmişdi.

    MTN-in Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev Eldar Mahmudov vəzifədən qovulandan sonra tutduğu vəzifədən azad olunaraq, MTN-in Heydər Əliyev adına Akademiyasına kafedra rəisi təyin edilmişdi.

    Ancaq MTN ləğv edildikdən sonra o da həbs edilib.

    Məhkəmə cinayət işində zərərçəkmiş kimi tanınan şəxslərin mülki iddiasını təmin etməyib.

    Yalnız Dövlət Təhlükəsizlik Xidmətinin mülki iddiası təmin edilib.

    Hökmə əsasən DTX-nın təqsirləndirilən E.Quliyevə qarşı qaldırdığı 7 milyon 736 min 58 manatlıq mülki iddiasını təmin olunub.

    General və polkovnikin əmlakları dövlətin xeyirinə müsadirə edilib.

    Bildirək ki, generalın aşağıdakı əmlaklarına həbs qoyulub:

    90 TT 757 nömrəli "Mercedes BENZ GL 500”- 105 min manat

    90 HH 757 nömrəli "Mercedes BENZ C200”- 64 min manat

    Mərdəkan qəsəbəsində bağ sahəsi- 172 min manat

    Ceyranbatan qəsəbəsində torpaq sahəsi- 27 min 500 manat

    Nabranda torpaq sahəsi 12 min manat.
    PAYLAŞ:

    Oxşar xəbərlər