Türkiyə KİV-ləri xəbər verir ki, əməliyyat çərçivəsində daha 3 kənd azad edilib.
Bölgədən gələn son məlumatlara görə, Rusiya ordusuna aid güclər Afrinin şərqindəki Tel Rıfatdan Hələbə doğru geri çəkilib. İngiltərənin “Tayms” nəşrinə danışan ASO komandiri hava şərtlərinin düzəlməsi ilə Tel Rıfat ətrafından yeni cəbhə açılacağını söyləyib.
Bu gün isə Türkiyə qırıcıları Kilisin Gülbaba sərhəd keçid məntəqəsi ətrafındakı terrorçuların hədəflərinə zərbələr endirməyə başlayıb.