Azərbaycanda bu sahələrdə işləyənlərə ŞAD XƏBƏR: MAAŞ ARTDI

Azərbaycanda bu sahələrdə işləyənlərə ŞAD XƏBƏR: MAAŞ ARTDI Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları artırılıb.

Asiya.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı "Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında" qərar verib.

Martın 1-dən qüvvəyə minən qərara əsasən dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin yeni Vahid Tarif Cədvəli aşağıdakı kimidir:

Əməyin ödənilməsi dərəcələri Aylıq tarif (vəzifə) maaşı (manatla)

1- 143

2- 146

3- 149

4- 152

5- 155

6- 161

7- 167

8- 174

9- 182

10- 190

11- 198

12- 206

13- 216

14- 231

15- 251

16- 294

17- 396

18- 535

19- 825

Yeni qərarın qəbulu ilə bağlı “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 mart tarixli qərarı ləğv edilib. Bu qərara əsasən Vahid Tarif Cədvəli aşağıdakı kimi olub:

Əməyin ödənilməsi dərəcələri Aylıq tarif (vəzifə) maaşı (manatla)

1- 130

2- 132

3- 134

4- 136

5- 138

6- 144

7- 151

8- 158

9- 165

10- 172

11- 179

12- 187

13- 196

14- 210

15- 228

16- 267

17- 360

18- 486

19- 750

Oxşar xəbərlər