İsmayıllıda yeni layihə həyata keçirilir - FOTOLAR

İsmayıllıda yeni layihə həyata keçirilir - FOTOLAR
  • Hadisə

  • Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti həyata keçirdiyi Kənd İnvestisiya Layihəsi çərçivəsində qadın təşəbbüslərini dəstəkləməyə başlayıb.

    Asiya.az xəbər verir ki, layihədə yeni komponent olan "Kənd Qadınlarının İqtisadi Gücləndirilməsi” ailələrin iqtisadi imkanlarını artırmağa xidmət edir.

    Kənd İnvestisiya Layihəsinin və İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Sumağallı kəndində yaradılmış "Arzu” Qadın İnkişaf Qrupunun iştirakı ilə burada növbəti layihənin - xalça toxuma və şirniyyat sexinin açılışı olub.

    Hər iki istiqamət nümunələrindən ibarət sərgi təşkil olunmuşdu.

    İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova tədbirin açılışında çıxış edərək QHT-lərin, İctimai Birliklərin fəaliyyəti üçün rayonda geniş imkanlar açıldığından, qadınların ictimai fəallığının artmasından danışıb. Qeyd edib ki, Arzu xanımın yaratdığı Qadın İnkişaf Qrupu bu baxımdan daha xarakterik, daha əhatəli və daha gərəklidir. Sosial həyatda qadınların rolunu artırmağa, iqtisadi fəallığını genişləndirməyə xidmət edir. Sumağallı icması çox düzgün olar "AzKİL-2” ilə müntəzəm əlaqələr saxlayır, yeni fəaliyyət imkanlarını önə çıxarır. "Arzu” Qadın İnkişaf Qrupu hər iki istiqamət üzrə bölmə yaradıb və bu bölmələrin inkişafına fəal qadınları cəlb edib. İlkin olaraq bələdiyyə xalçaçılar üçün yer ayırıb. Sumağallı qadınlarını bu münasibətlə təbrik edən Sevil Əhmədova deyib ki, "Arzu” Qadın İnkişaf Qrupu fəaliyyətini genişləndirmək üçün rəsmi qeydiyyatdan keçməli, həmfikirləri ilə birgə inkişaf proqramı işləyib hazırlamalıdır.

    Kənd İnvestisiya Layihəsinin direktoru Sübhan Əsgərov, direktor müavini Gülbəniz Qəmbərova, "Arzu” QİQ-nin sədri Arzu Mirzəyeva, AzKİL-in Şimal zonası üzrə Proqram Mütəxəssisi Akif Kərimli, Qarabağ zonası üzrə mütəxəssis Əbülfəz Əhmədov, Balakən rayon "Novruz” Qadın İnkişaf Qrupunun üzvü Meysarat Qaysayeva, Ağdam rayonu Zəngişalı icmasının "Qarabağ” Qadın İnkişaf Qrupunun üzvü Gülbəniz Nağıyeva və başqaları çıxış ediblər. İştirakçılar şirniyyata və toxunan, sərgiyə qoyulan xalçalara baxıblar. Sumağallı qadınlarının fəallığı qonaqların diqqətini daha çox cəlb edib.

    Yeni yaranan qrupla Kənd İnvestisiya layihəsinin işgüzar əlaqələri Sumağallının inkişafına böyük səmərə gətirəcəkdir.


    İsmayıllıda yeni layihə həyata keçirilir - FOTOLAR
    İsmayıllıda yeni layihə həyata keçirilir - FOTOLAR
    İsmayıllıda yeni layihə həyata keçirilir - FOTOLAR
    İsmayıllıda yeni layihə həyata keçirilir - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər