Yol polisi icra başçılarının cərimələrinin silinməsinə münasibət bildirdi

Yol polisi icra başçılarının cərimələrinin silinməsinə münasibət bildirdi
  • Siyasət / Manşet

  • Baş Dövlət Yol Polisi İdarəsindən icra başçılarına yazılmış MMX-lar qeyri-qanuni yollalarla silinməsi iddiasına münasibət bildirib.

    BDYPİ-nin HTT və İQƏ şöbəsinin rəisi polis polkovnik-leytenantı Rüfət Quliyev tərəfindən Asiya.az saytına daxil olan məlumatda bildirilir ki, "Bəzi internet saytlarında dərc edilmiş “Baş Dövlət Yol Polisi İdarəsinin rəisi icra başçılarının cərimələrini necə sildirir?” sərlövhəli məqalələrdə guya “icra başçılarının müəyyən məbləğ qarşılığında öz avtomobillərini nəzarətə götürtmələri, istifadələrində olan avtomobillərinin sistemə düşməsini əngəlləmələri, protokol tərtib edildiyi hallarda isə cəriməni ödəmədən, rüşvət qarşılığında protokolları sistemdən sildirmələri” qeyd olunur.

    DYP-nin fəaliyyətdən xəbərsiz , uydurma təxayüllü, heç bir əsası olmayan və gülüş doğuran “faktlara” əsaslanan belə məqalə müəlliflərinin nəzərinə çatdırmaq istərdik ki, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının mərkəzi informasiya sisteminin fəaliyyətinə müdaxilə etmək, sistemdən hər hansı məlumatı silmək və ya hər hansı bir nəqliyyat vasitəsinin sürücüsunə “xəta törədilməsində imtiyazlar vermək” imkanı yoxdur. Sistemin proqram təminatı isə inzibati xəta haqqında işlər üzrə icraat aparmaq səlahiyyəti olmayan tamamilə kənar qurum tərəfindən həyata keçirilir."

    Qeyd edək ki, internet saytlarında dərc edilmiş məqalədə bildirilir ki, əksər icra başçılarına və bəzi yüksək rütbəli məmurlara 2-3 ay əvvəl yazılmış MMX-lara xitam verilib. Mənbənin sözlərinə görə, icra başçıları müəyyən məbləğ qarşılığında öz avtomobillərini nəzarətə götüzdürürlər. "Aylıq" verərək avtomobillərinin sistemə düşməsini əngəlləyirlər. Düşən kimi isə cəriməni ödəmədən, rüşvət qarşılığında MMX-lar sildirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər