Qaynarinfo Britaniya mediasına istinadən xəbər verir ki, hökumət onun var-dövlətinin qeyri-müəyyən mənbəsi barədə iki order təqdim edib. Zamirə Hacıyeva maliyyə vəsaitlərinin mənbəyini açıqlamasa, əmlakı müsadirə olunacaq.
Müsadirə olunacaq əmlaklar sırasında onun Londonun qərbindəki Naytsbricdə 11,5 milyon funt-sterlinq (təxminən 25,4 milyon manat) dəyərindəki malikanəsi və Askotda dəyəri 10,5 milyon funt-sterlinq (təxminən 23,2 milyon manat) olan qolf klubu da var.
Qeyd edək ki, "İzahedilməz Sərvət Sərəncamı" (Unexplained wealth orders, UWO) çərçivəsində ötən il Londonda həbs olunan Zamirə Hacıyeva noyabrın 8-də zaminə buraxılıb. Bir neçə gün əvvəl isə onun dəyəri 1 milyon funt-sterlinqdən baha olan brilliant üzüyü Böyük Britaniyanın Milli Cinayət Agentliyi tərəfindən müsadirə olunub.