Bunu Müsavat Partiyasının başqanlığına namizəd Arif Hacılı namizədlərin debatında deyib.
"Mənə deyirdilər ki, Əli Kərimlinin əleyhinə danışırdınız, indi isə müdafiə edirsiniz, niyə dəyişmisiniz? Dedim, dəyişməmişəm, AXCP-nin siyasəti dəyişib. Əgər AXCP 2000-ci ildəki siyasətinə qayıtsa, yenə tanımayacağıq. Məsələnin, mahiyyəti budur, şəxsi qərəzliyimiz yoxdur" - deyə A.Hacılı qeyd edib.