Masallı sakini heroin almağa qaçırdığı avtomobillə getdi - VİDEO

Masallı sakini heroin almağa qaçırdığı avtomobillə getdi - VİDEO
  • Hadisə / Asiya TV

  • Masallı sakini qaçırdığı avtomobillə Lənkərana heroin almağa getdi, geri qayıdanda saxlanıldı.

    APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, rayonunun Çaxırlı kənd sakini Nasir Gözəlov DİN-in “102” Zəng Mərkəzinə müraciət edərək özünə məxsus “VAZ-2106” markalı avtomobilin qaçırılması barədə məlumat verib. Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Asim Həsənağa oğlu Hüseynovu avtomobillə birgə saxlamağa müvəffəq olub. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.

    "Hüseynov Asim Həsənağa oğlu61-BF-533 dövlət qeydiyyat nişanlı avtomobili Masallı şəhər ərazisindən talama məqsədi olmadan qanunsuz qaçırdıqdan sonra narkotik vasitə əldə etmək üçün Lənkəran rayonu Qumbaşı kəndinə getmiş istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz əldə etdiyi 1 ədəd şəffaf bükümdə təmiz çəkisi 0,508 qram olan narkotik vasitə heroinlə Masallı rayonuna qayıdan zaman tutulmuşdur."

    Faktla bağlı Masallı Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər