Azərbaycanda 9-cu sinif şagirdi 10-cu sinif şagirdini bıçaqladı

Azərbaycanda 9-cu sinif şagirdi 10-cu sinif şagirdini bıçaqladı
  • Hadisə

  • Qazaxda orta məktəbdə bıçaqlanma hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

    Asiya.az xəbər verir ki, hadisə şəhər saatlarında rayonun 1 saylı orta məktəbində baş verib.

    Belə ki, həmin məktəbin 9-cu sinif şagirdi Məhəmməd Qasımov və 10-cu sinif şagirdi Nihad Əliyev arasında mübahisə yaranıb.

    Mübahisəyə isə M.Qasımovun N.Əliyevin sinif yoldaşı olan qızlara söz atması səbəb olub. Yuxarı sinif şagirdi isə buna narazılığını bildirib:

    "Bundan sonra aralarında mübahisə yaranıb və məktəbin həyətinə çıxıblar. Onlara həyətə çıxarkən məktəbin mühafizəçisinə "mağazadan nəsə alıb gəlirik" deyiblər. Ancaq məktəbin qapısının qarşısında anidən kiçik bıçaqla onun qarnına bir dəfə vurub, sonra isə qaçıb. Hazırda yaralı Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə yerləşdirilib və onun vəziyyətinin kafi olduğu bildirilir".

    Məktəbdən vurğulanıb ki, hadisəni törədən şagird dəfələrlə nizam-intizama tabe olmadığından valideynlərinə xəbərdarlıq edilib və hətta bir dəfə orta məktəbdən uzaqlaşdırılıb. Lakin yaxınlarının xahişi və təhsilini yarımçıq saxlamaması üçün yenidən məktəbə qaytarılıb.

    Faktla bağlı Qazax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

    Hadisəni törədən M.Qasımov müəyyən edilib.

    Araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər