Asiya.az xəbər verir ki, bu gün həmin dairədən namizəd olan Şamxal Bağışov namizədliyini geri götürərək, Məşhur Məmmədovu dəstəklədiyini bəyan edib.
Bu barədə Şamxal Bağışov öz feyzbuk səhifəsində məlumat verərək bildirib ki, bu gün layiqli namizədlərdən olan Məşhur Məmmədovla debatımız baş tutdu.
“Lahyilərimizi müzakirə etdik və qərara aldım ki, bu seçimdə Məşhur müəllim daha təcrübəlidir, fikrlərimiz, ideyalarımız bənzərdir, eyni yoldayıq. Buna görə də seçicilərimi Məşhur Məmmədova səs verməyə çağırıram. Mən isə qərara aldım ki, bu seçkilərdən çəkilim və özümü inkişaf etdirərək, öz üzərimdə durmadan işləyərək növbəti seçkilərdə daha hazırlaşmış, daha yüksək formda qarşınıza çıxım. Hər birinizə mənə göstərdiyiniz diqqət, etimad və dəstək üçün təşəkkürümü bildirirəm. Haqqınızı halal edin.”
Asiya.az