Qadın şərhçi canlı yayımda - Azərbaycanda ilk dəfə

Qadın şərhçi canlı yayımda - Azərbaycanda ilk dəfə
  • İdman

  • Futbol üzrə Azərbaycan Premyer Liqasının tarixində bir ilk yaşanıb.

    Asiya.az xəbər verir ki, XVI turun Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən "Qarabağ” – "Neftçi” görüşünü şərh edənlər arasında qadın şərhçi yer alıb. Belə ki, "CBC Sport”un əməkdaşı olan Səmra Əliyeva 0:0 hesabı ilə başa çatan oyunun şərhçiliyində Gündüz Abbaszadə ilə birgə tandem təşkil edib.

    Bu isə Azərbaycan idman tarixində bir ilkdi.

    İndiyədək heç bir vaxt futbol matçlarında qadın şərhçimiz canlı yayımda çıxış etməyib.
    PAYLAŞ:

    Oxşar xəbərlər