Azərbaycanda koronavirus: daha 1 nəfər ölüb

Azərbaycanda koronavirus: daha 1 nəfər ölüb
  • Cəmiyyət / Manşet

  • Dünən Azərbaycanda Covid19 koronavirusundan daha 1 nəfər ölüb, rəsmi məlumatlarda deyilir. Beləliklə, bu virus nəticəsində ölənlərin sayı 2-ə çatıb.

    Asiya.az
    xəbər verir ki, hökumət xüsusi rejimli xəstəxanalarda 81 aktiv koronavirus xəstəsinin nəzarət altında olduğunu deyir, onlardan 3 nəfərinin vəziyyəti ağır, 5 nəfərin vəziyyəti isə orta ağırdır.

    Bundan başqa, karantin zonalarında 2914 nəfərin müayinəsi ilə bağlı tədbirlər görülür.

    Rəsmi qurumlara əsasən, Azərbaycanda koronavirusdan 10 nəfər sağalıb, iki nəfər ölüb. Bu da indiyədək yoluxanların ümumi sayını 93-ə çatdırır.

    Martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub.

    Qərargah infeksiyanın yayılmasın yol verməmək üçün vətəndaşlardan bəzi tələblər olduğunu açıqlayıb:

    Özünütəcrid tədbirlərinə uyğun davranmaq,
    Yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq,
    Digər şəxslərlə minimum kontaktda olmaq,
    İnsanların sıx toplaşdığı yerlərə getməmək,
    Mövcud preventiv tədbirlərin şərtlərinə ciddi əməl etmək
    Azərbaycanda koronavirusun ilk halı 28 fevralda qeydə alınıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər