Jurnalist icra başçısına tənə vurdu: "Məsləhət verməklə iş bitmir..."

Jurnalist icra başçısına tənə vurdu: "Məsləhət verməklə iş bitmir..."
  • Sosial / Araşdırma

  • Jurnalist Anar Əhmədov şəxsi feyzbuk profilində Neftçala rayonunda tibbi maska və spirtin çatışmazlığından şikayətlənib...

    Asiya.az
    -ın xəbərinə görə, A.Əhmədov qeyd edib ki, rayonlarda vəziyyət şəhərdən hər zaman fərqli olub, indiki məqamda şəhərdə durum daha asandır: “Hər tində bir dükan, aptek var. Rayonda isə özünə lazım olan məhsulları almaq üçün 2, bəzən 3 kilometr yol getməli olursan. Əsas mağaza və obyeklər rayonun mərkəzində yerləşir. Çölə çıxanda isə patrullar maska taxmayanlara irad tuturlar. Neftçalada isə 15 gündür apteklərdə maska və spirt tapılmır. Hansı aptekə girirsən "Maska və spirt YOXDUR" tipli yazılara rast gəlirsən. Rayonu gəzib insanlara məsləhətlər verməklə iş bitmir. Hərdən apteklərdən maska və spirtin olub-olmamasını da soruşmaq lazımdır”.

    Qeyd edək ki, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovdur. O, Prezident İlham Əliyevin martın 5-də imzaladığı sərəncamla bu vəzifəyə təyin edilib.

    Jurnalist icra başçısına tənə vurdu: "Məsləhət verməklə iş bitmir..."
    PAYLAŞ:

    Oxşar xəbərlər