Masallıdan olan abituriyent qızların nəzərinə! – Ödənişsiz təhsil ala bilərsiniz

Masallıdan olan abituriyent qızların nəzərinə! – Ödənişsiz təhsil ala bilərsiniz
  • Sosial / Araşdırma

  • Masallı Təhsil Fondu 2019/20-ci tədris ilindən etibarən 70 saylı Seçki Dairəsinin ərazisində yerləşən məktəbləri bitirib ali təhsil müəssisələrinin pedaqoji ixtisaslarına daxil olan qızlara maddi və mənəvi dəstək göstərəcəkdir.

    Asiya.az
    xəbər verir ki, yeni yaradılan Masallı Təhsil Fondu azyaşlı qızların erkən nigahının qarşısını almaq məqsədilə qızların təhsilinə xüsusi önəm verir.
    Bu məqsədlə 70 saylı Seçki Dairəsi ərazisinə daxil olan 25 tam orta məktəbi bu il bitirəcək 267 nəfər qızın hər birinin təhsilinə kömək məqsədilə Fonddan onlara Azərbaycan dili, Riyaziyyat, Abituriyent-1 jurnalı və imtahana hazırlaşmaq üçün cavab kartları hədiyyə edilib.

    Fond, müəllim olmaq istəyən, ödənişli əsaslarla ali məktəbin müəllimlik ixtisasına qəbul olan qızların ödəniş haqlarını ödəməyi, ödənişsiz əsaslarla qəbul olanlara isə təhsil aldıqları müddətdə təqaüd verməyi öz üzərinə götürür. Ali təhsilli ibtidai sinif müəllimlərinə olan ehtiyacı nəzərə alaraq, həmin ixtisas üzrə təhsil alanlar üçün təhsil haqqı ilə yanaşı təqaüdlərin verilməsi nəzərdə tutulur.

    Fond tərəfdən təhsil və təqaüd xərcləri bank hesabı vasitəsilə ödəniləcək.
    Semestr imtahanlarında 51 baldan aşağı nəticə göstərən tələbələrə ödənişlər dayandırılacaq.
    Qeyd edək ki, sadalanan şərtlər özəl universitetlərdə təhsil alan tələbələrə şamil edilmir.

    Universitetə qəbul olunan tələbələr aşağıdakı sənədləri Fonda təqdim etməlidirlər:
    1. Masallı Təhsil Fondu adına ərizə.
    2. Hansı universitetə qəbul olması haqqında sənəd, topladığı bal.
    3. Bank hesab nömrəsi
    4. Orta təhsil aldığı məktəbdən neçənci ildə məktəbə daxil olması haqqında əmrdən çıxarış.
    5. 3x4 sm ölçüdə 2 ədəd fotoşəkil.
    6. Şəxsiyyət vəsiqəsinin surəti.
    7. Yaşayış yerindən arayış.
    8. Valideynlərin iş yerindən arayış.

    Ünvan Masallı Təhsil Şöbəsinin İnzibati binası, Masallı Təhsil Fondu.
    Asiya.az
    PAYLAŞ:

    Oxşar xəbərlər