Ancaq buna baxmayaraq, bəzi məhşurlar sərt karantin rejimini pozaraq, rayonlara istirahətə yola düşürlər. Təbii ki, bu da insanların haqqlı narazılığına səbəb olur.
Asiya.az xəbər verir ki, bu günlərdə teleaparıcı Xoşqədəm Hidayətqızı ailəsi ilə birlikdə rayonların birində istirahət edir.
Teleaparıcının övladına aid sosial şəbəkə hesabında, istirahətlərini əks etdirən paylaşım etməsi izləyicilərinin diqqətindən yayınmayıb və aparıcının bu hərəkəti qınanılıb.
Aparıcını qınayanlardan biri də jurnalist Ramina Eyvazqızıdır. Jurnalist bu barədə iradını belə bildirib: "İşveren deyirlər, qoyun desinlər.Turkiyəli rayonlarımızda kef çəkəcək, biz də burda 4 divar arasında qalacağıq?? Doğuşu deyirəm e, arvadının yaşıl işığı hesabına gəzir özü üçün! Bu şəkli də arvadı cəkib. Ona olar, çünki o, bizdən "güclü" jurnalistika, şou jurnalistikasinı sırıya bildi!"