Natiq Cəfərli təəssüf hissi ilə bildirib ki, dünyanın heç bir ölkəsində 5 ay karantin rejimi olmayıb:
"Yoxdur belə bir ölkə. Bu, doğru və məntiqli deyil. Karantin rejiminin özündən istifadə edərək başqa virusa qarşı addımların atılmaması doğru yanaşma deyil və iqtisadiyyatda da çox ağır proseslər gedir. Vətəndaşların gündəlik dolanışıgını təmin edə biləcək ödənişlərin olması daha doğru olardı. Biznes və kiçik və orta sahibkarlıqda problemlər yaşanır. Elə sahələr var ki, 4 aydır işləmir. Kafe, restoranlar, turizm obyektləri və s. Söhbət 100 minlərlə çalışan işçidən gedir, hansı ki, onlar bu gün evdədir. Bunlara heç bir dəstək yoxdur".
Natiq Cəfərli qeyd edib ki, əgər bu sahələrə güzəştlər olunmasa və yaxud da dəstək paketləri açıqlanmasa, pandemiyadan sonra ağır iqtisadi vəziyyətlə üzləşəcəyik:
"Karantin rejiminin bu qədər uzadılması başqa xəstəliklərə yol açır. Məgər dünyada təkçə koronavirusdur? Digər xəstələr var ki, onlar normal müalicə ala bilmir. Bütün bunlar gələcəkdə daha böyük xəstəliklərin və fəsadların yayılmasına səbəb ola bilər".
Bahar Rüstəmli