Ticarət mərkəzlərinin fəaliyyətinə icazə veriləcəkmi?- Baş infeksionistdən AÇIQLAMA

Ticarət mərkəzlərinin fəaliyyətinə icazə veriləcəkmi?- Baş infeksionistdən AÇIQLAMA
  • İqtisadiyyat

  • Xəbər verdiyimiz Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında sərt karantin rejimi avqustun 5-nə kimi uzadılıb. Növbəti 2 həftədə sms icazənin vaxtı uzadılaraq 3 saat edildi. Bundan əlavə masaj və hamam xidməti istisna olmaqla bərbərxana, gözəllik salonlarının fəaliyyətinə və kosmetik xidmətlərin göstərilməsinə icazə veriləcək. Növbəti yumşaldılmada ticarət mərkəzlərinin fəaliyyətinə icazə verilə bilərmi?

    Asiya.az
    xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev bildirib ki, sərt karantin rejiminin müsbət nəticələri artıq özünü göstərməkdədir:


    "İyulun 17-də 471 nəfər koronavirusa yoluxub, 549 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Rəqəmlərdən bəlli olur ki, artıq gündəlik sağalanlar daha çoxdur. Məhz bun görə də növbəti 2 həftəlik sərt karantin rejimində müəyyən qədər yumşalmalara gedildi. Ticarət mərkəzlərinin açılmasına isə gəldikdə yoluxma sayına baxıb bu barədə qərar vermək olar. Əgər yoluxma sayı bu cür azalrsa yəqin ki, avqustun 5-dən sonra bu məsələyə baxıla bilər".
    PAYLAŞ:

    Oxşar xəbərlər