Şəhid General və Polkovnikin ailəsi şəhid mayor Novruzovun məzarını ziyarət etdilər – FOTOLAR

Şəhid General və Polkovnikin ailəsi şəhid mayor Novruzovun məzarını ziyarət etdilər – FOTOLAR
  • Araşdırma / Cəmiyyət

  • Bu gün Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi hərbi təxribatın qarşısını alarkən şəhid olmuş General-mayor Polad Həşimovun və Polkovnik İlqar Mirzəyevin ailə üzvləri həmin hərbi təxribat zamanı şəhid olmuş mayor Anar Novruzovun Masallı rayonu, Ərkivan qəsəbəsində məzarını ziyarət edib, ailə üzvlərinə baş çəkiblər.

    Asiya.az
    xəbər verir ki, şəhid mayor Anar Novruzovun məzarın ziyarət edən General-mayor Polad Həşimovun qardaşı İlham Həşimov, Polkovnik İlqar Mirzəyevin qardaşı ehtiyatda olan zabit Polkovnik-leytenant Rafel Əsədulov, qaynatası Əsgər Nazıyev, döyüş yoldaşları ehtiyatda olan zabitlər – Polkovnik-leytenant Loğman Xanlarov və Polkovnik-leytenant Güloğlan Bağırov şəhid hərbçimizin döyüş şücayətindən danışaraq, onun əziz xatitəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını qeyd edib, xatirə lövhəsinə ürək sözlərini yazıblar.

    Sonra qonaqlar şəhid mayorun evinə gedərək onun ailə üzvlərinə başsağlığı veriblər. Masallı Rayon Polis Şöbəsinin Əməliyyat işləri üzrə rəis müavini Anar Xəlilov vətənpərvərlik mövzusunda çıxış edərək, polislərimizin də hər zaman şəhid ailələrinin yanında olacağını, onlara lazımı dəstək göstərəcəyini bəyan edib.
    Şəhidin qardaşı Sucəddin Novruzov və qonşusu jurnalist Cəfər Cəfərov şəhid Anar Novruzovla bağlı xatirələrini bölüşüblər. Qəsəbənin axundu Hacı Həmid Məmmədov islam dinində şəhidlik məqamından geniş söhbət edib.
    Daha sonra şəhidin ailəsi qonaqlar üçün ehsan süfrəsi verib.
    Asiya.az

    Şəhid General və Polkovnikin ailəsi şəhid mayor Novruzovun məzarını ziyarət etdilər – FOTOLAR
    Şəhid General və Polkovnikin ailəsi şəhid mayor Novruzovun məzarını ziyarət etdilər – FOTOLAR
    Şəhid General və Polkovnikin ailəsi şəhid mayor Novruzovun məzarını ziyarət etdilər – FOTOLAR
    Şəhid General və Polkovnikin ailəsi şəhid mayor Novruzovun məzarını ziyarət etdilər – FOTOLAR
    Şəhid General və Polkovnikin ailəsi şəhid mayor Novruzovun məzarını ziyarət etdilər – FOTOLAR
    Şəhid General və Polkovnikin ailəsi şəhid mayor Novruzovun məzarını ziyarət etdilər – FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər