“Qalatasaray” ın Bakıya gələcəyi vaxt bəlli oldu

“Qalatasaray” ın Bakıya gələcəyi vaxt bəlli oldu
  • İdman

  • Türkiyənin "Qalatasaray" klubunun "Neftçi"yə qarşı keçirəcəyi Avropa Liqasının II təsnifat mərhələsinin matçı üçün səfər proqramı bəlli olub.

    Asiya.az xəbər verir ki, İstanbul təmsilçisi sentyabrın 16-da Bakıya gələcək. "Sarı-qırmızılar" həmin oyun üçün iştirak ərizəsini də UEFA-ya göndərib.

    Baş məşqi Fatih Terim siyahıya 23 futbolçunun adını daxil edib. Bunlardan 2-si qapıçı, 7-si müdafiəçi, 11-i yarımmüdafiəçi, 3-ü hücumçudur.

    Zədəli Fernando Muslera, Ahmet Çalık, Emre Taşdemir, Valentin Ozornvafor, Emre Akbaba, həmçinin yeni transferlər Kerem Aktürkoğlu və Oğulcan Çağlayan Bakıya gətirilməyəcək.

    Qapıçılar: Okan Kocuk, Fatih Öztürk

    Müdafiəçilər: Şener Özbayraklı, Omar Elabdellaui, Martin Linnes, Rayan Donk, Kristian Luyindama, Marselo Saraççi, Markao.

    Yarımmüdafiəçilər: Ömer Bayram, Taylan Antalyalı, Yunes Belhanda, Oqenekaro Etebo, Cimmi Durmaz, Emre Kılınç, Sofian Fequli, Rayan Babel, Yunus Akgün, Arda Turan, Jesse Sekidika.

    Hücumçular: Radamel Falkao, Ali Yavuz Kol, Mbaye Diagne.

    Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" matçı saat 20:00-da başlayacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər