Asiya.az xəbər verir ki, “Qarabağa dəstək və Azərbaycan Ordusuna dəstək” adlı mitinqlər paytaxt Tehranla yanaşı, Güney Azərbaycanın Təbriz, Ərdəbil, Zəncan və Urmiyə şəhərlərində də təşkil ediləcək.
Əldə etdiyimiz məlumata görə, güneyli milli fəallar tərəfindən nəzərdə tutulan aksiyalara yönəlik ciddi hazırlıq görülür, hər yerə elan və afişalar paylanılır.
Qeyd edək ki, mitinqlər oktyabrın 1-i yerli vaxtla 17:00-da başlayacaq.