Bərdədə ölənlərin sayı 21-ə çatdı - 70 nəfər yaralandı (YENİLƏNİB)- RƏSMİ (FOTO/YENİLƏNİB)

Bərdədə ölənlərin sayı 21-ə çatdı - 70 nəfər yaralandı (YENİLƏNİB)- RƏSMİ (FOTO/YENİLƏNİB)
  • Manşet / Olay

  • Baş Prokurorluğun Mətbuat xidməti Ermənistanın Bərdəyə raket atması ilə bağlı yeni açıqlama yayıb.

    Asiya.az
    xəbər verir ki, daxil olan açıqlamada deyilir:

    "2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 21 nəfər həlak olub, 70-ə yaxın şəxs isə yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

    Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır".

    ***



    Bu gün, oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 14 nəfər həlak olmuş, 40-dan artıq şəxs isə yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir.
    Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.

    Asiya.az
    xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib

    Ermənistan silahlı qüvvələri Bərdəni yenidən raket atəşinə tutub.

    Asiya.az
    xəbər verir ki, bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

    Raketlərdən birinin düşdüyü yerdən tüstü qalxdığı görünür.

    Bərdəni yenidən raket atəşinə tutulması nəticəsində azı 5 nəfər ölüb.

    Bərdədə ölənlərin sayı 21-ə çatdı - 70 nəfər yaralandı (YENİLƏNİB)- RƏSMİ (FOTO/YENİLƏNİB)
    Bərdədə ölənlərin sayı 21-ə çatdı - 70 nəfər yaralandı (YENİLƏNİB)- RƏSMİ (FOTO/YENİLƏNİB)
    Bərdədə ölənlərin sayı 21-ə çatdı - 70 nəfər yaralandı (YENİLƏNİB)- RƏSMİ (FOTO/YENİLƏNİB)
    PAYLAŞ:

    Oxşar xəbərlər