Ermənilərin Bərdəni atəşə tutması nəticəsində 1 qadın öldü - FOTOLAR

Ermənilərin Bərdəni atəşə tutması nəticəsində 1 qadın öldü - FOTOLAR
  • Hadisə

  • Baş Prokurorluq cəbhə xəttindəki vəziyyətlə bağlı daha bir məlumat yayıb.

    Asiya.az
    həmin məlumatı təqdim edir:

    Məlum olduğu kimi, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirərək 05 oktyabr 2020-ci il tarixdə səhər saatlarından etibarən düşmənin silahlı qüvvələri Goranboy, Göygöl, Beyləqan, Bərdə, Tərtər, Zərdab rayonlarının və Gəncə şəhərinin ərazisində əhalinin kompakt olduğu məntəqələri atəşə tutmaqda davam edir.


    İşğalçı ölkənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində Bərdə şəhərinin mərkəzi küçələrinə və mərkəzi xəstəxananın yaxınlığına düşmüş raket mərmisinin qəlpələrindən Mehdiyeva Şəhriyar İsa qızı həlak olub, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı Bərdə rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

    Qeyd edək ki, Ermənistan silahlı qüvvələri Bərdə şəhərini atəşə tutmaqda davam edir.

    Düşmən yenidən dinc sakinləri hədəf alır.

    Belə ki, təxminən saat 13:35 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Bərdə şəhərinə bir neçə raket atıb.

    Hazırda araşdırmalar aparılır, düşmənə adekvat tədbirlər görülür.

    Eyni zamanda yuxarıda qeyd olunan digər şəhər və rayonlara çoxsaylı raket mərmiləri düşməsi nəticəsində infrastruktura ciddi ziyan dəyib.

    Ermənilərin Bərdəni atəşə tutması nəticəsində 1 qadın öldü - FOTOLAR
    Ermənilərin Bərdəni atəşə tutması nəticəsində 1 qadın öldü - FOTOLAR
    Ermənilərin Bərdəni atəşə tutması nəticəsində 1 qadın öldü - FOTOLAR
    Ermənilərin Bərdəni atəşə tutması nəticəsində 1 qadın öldü - FOTOLAR
    Ermənilərin Bərdəni atəşə tutması nəticəsində 1 qadın öldü - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər