YAP-ın Masallı rayon təşkilatının qurucusu vəfat etdi - FOTO

YAP-ın Masallı rayon təşkilatının qurucusu vəfat etdi - FOTO
  • Cəmiyyət / Manşet

  • Bu gün Yeni Azərbaycan Partiyasının siyasi şurasının üzvü, YAP-ın Masallı rayon təşkilatının qurucusu, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü Şirvan Əbilov vəfat edib.

    Asiya.az
    xəbər verir ki, Şirvan Əbilov 1932-ci ildə Masallının Mahmudavar kəndində anadan olub, orta məktəbi Boradigah kəndində bitirib. İndiki Azərbaycan Dövlət Aqrar Universitetində ali təhsil aldıqdan sonra müxtəlif vəzifələrdə çalışıb. Sonrakı illərdə Masallı və Cəlilabad rayonlarında polis orqanlarında fəaliyyət göstərib.

    Bildirilib ki, Ş.Əbilov 1990-cı illərin əvvəllərində ölkədəki özbaşınalığı, xaosu görüb Naxçıvana gedərək ümummilli lider Heydər Əliyevlə görüşməyi qərara alıb. Ulu Öndər Yeni Azərbaycan Partiyasının təsis konfransında cənub bölgəsindən gəlmiş Şirvan Əbilovun çıxışını bəyənərək onun partiyanın siyasi şurasına üzv yazılmasını təklif edib.
    Ş.Əbilov Masallıya qayıdaraq cənub bölgəsində, Masallı rayonunda, doğulduğu Mahmudavar kəndində YAP-ın ilk təşkilatını yaratmağa nail olub. İndi YAP-ın Masallı rayon təşkilatı ölkənin ən nüfuzlu təşkilatlarından biridir.

    Prezident İlham Əliyev Şirvan Əbilovu Azərbaycan Respublikasının ictimai həyatında fəal iştirakına görə “Tərəqqi” medalı ilə təltif edib. O, həmçinin 2007-ci ildən Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü idi.
    Mərhum bu gün doğulduğu Mahmudavar kəndində torpağa tapşırılacaq.
    Allah rəhmət etsin!
    YAP-ın Masallı rayon təşkilatının qurucusu vəfat etdi - FOTO
    YAP-ın Masallı rayon təşkilatının qurucusu vəfat etdi - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər