Xalq artisti evində huşsuz vəziyyətdə tapıldı

Xalq artisti evində huşsuz vəziyyətdə tapıldı
  • Mədəniyyət

  • Sevilən aktrisa, xalq artisti Səfurə İbrahimova evində huşsuz vəziyyətdə tapılıb.

    Asiya.az
    xəbər verir ki, bu barədə jurnalist Əli Novruzəliyev məlumat verib. O bildirib ki, 2-3 gündür ki, aktrisadan xəbər olmayıb. Tənha yaşayan aktrisa nə çölə çıxır, nə də telefonuna zəng çatırdı. Bu gün qonşularının və yaxınlarının FHN və polis əməkdaşlarına müraciətindən sonra onlar aktrisanın yaşadığı mənzilin qapısını açmağa müvəffəq olublar. Səfurə İbrahimova evində yıxılı vəziyyətdə tapılıb.

    Hazırda aktrisanın vəziyyəti yaxşıdır.

    Məlumat üçün bildirək ki, aktrisa uzun müddətdir tək yaşayır.
    PAYLAŞ:

    Oxşar xəbərlər