İtkin əsgərimizin ŞƏHİD XƏBƏRİ GƏLDİ- FOTO

İtkin əsgərimizin ŞƏHİD XƏBƏRİ GƏLDİ- FOTO
  • Olay

  • Çoxdandır xəbər alına bilməyən igidimiz, Yardımlı rayonu Avun kəndindən olan Cəfər Cəfərlinin şəhid xəbəri gəlib.

    Asiya.az
    xəbər verir ki, şəhid Cəfərli Cəfər Babacəfər oğlu Yardımlı rayon Avun kəndində anadan olub. Vətən Müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edib.
    Qubadlı uğrunda gedən döyüşdə yaralanıb, sağalıb, yenidən cəbhəyə yola düşübmüş. Son döyüşü Kəlbəcər-Şuşa istiqamətində olub. Həmin vaxtdan ondan xəbər almaq olmayıb. Neçə vaxt idi ki, ailəsi ümidlə xoş xəbər gözləyirdi. Ötən gün məlum olub ki, Cəfər qəhrəmancasına şəhid olub.

    Qeyd edilir ki, şəhid doğulduğu Yardımlı rayonu Avun kəndində dəfn olunacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər