Tanınmış din xadiminin doğum günüdür

Tanınmış din xadiminin doğum günüdür
  • Cəmiyyət / Manşet

  • Bu gün Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, QMİ-nin Masallı rayonu üzrə Qazısı Rəşid Talıbovun doğum günüdür.

    Asiya.az
    xəbər verir ki, Rəşid Talıbov 22 dekabr 1975-ci ildə Masallı rayonunun Boradigah qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Pedoqoji Universitetinin fizika-riyaziyyat fakültəsini və Bakı İslam Universitetini bitirib. Masallı rayonu Boradigah qəsəbəsi "Həzrəti Əli" məscidinin imamı işləmiş, 16 oktyabr 2020-ci ildən isə Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, QMİ-nin Masallı rayonu üzrə Qazısıdır.

    R.Talıbov din xadimi kimi həmişə yüksək vətənpərvərlik və əsl vətəndaş mövqeyi nümayiş erdirib. Onun əxlaqi və milli-mənəvi dəyərlərimizin bərqərar olmasında, dövlət-din münasibətlərinin daha da formalaşmasında əməyi danılmazdır.

    Tanınmış din xadimi Rəşid Talıbovu bu əlamətdar gündə təbrik edir, uzun ömür, möhkəm can sağlığı, şərəfli fəaliyyətində uğurlar arzulayırıq.
    PAYLAŞ:

    Oxşar xəbərlər