Onkologiya Mərkəzində sələmçilik: - Üzük ver, əlil arabası al (VİDEO)

Onkologiya Mərkəzində sələmçilik: - Üzük ver, əlil arabası al (VİDEO)
  • Araşdırma / Asiya TV

  • Dəfələrlə Milli Onkologiya Mərkəzində özbaşınalıqlardan, vətəndaşların soğan qabığı kimi soyulmasından yazılsa da, he bir faydası olmayıb.

    Asiya.az
    -ın xəbərinə görə, Milli Onkologiya Mərkəzində indisə rüşvətin yeni forması icad olub. Buna daha çox girov götürmək, yaxud sələmçilik, lombard fəaliyyəti adı vermək də olar.

    İzləyicilərə təqdim edəcəyimiz video kadrdan da aydın olacaq ki, MOM-da hansı qaydalar, şərtlər hökm sürür.
    Görüntülərdən də təxmin etmək olur ki, əlil arabasını təhvil verən xəstə girov qoyduğu özünə məxsus olan qiymətli üzüyü geri ötürür. Bu, rüsvayçılıq, qansızlıq, əcəli ilə çarpışan insana qarşı ən axırıncı hərəkətdir.

    Vətəndaşın pulsuzluqdan, yoxsulluqdan üzüyünü girov qoyub arabanı götürməsi MOM-da hansı idarəçiliyin olmasından xəbər verir.
    Qeyd edək ki, MOM-un rəhbəri Cəmil Əliyev olsa da, burada əsas işlərə müavini, deputat Kəmaləddin Qafarov nəzarət edir. Onun dərman biznesində də ciddi payı var.
    PAYLAŞ:

    Oxşar xəbərlər