Qənirə Paşayeva Xalq rəssamı ilə görüşdü - FOTO

Qənirə Paşayeva Xalq rəssamı ilə görüşdü - FOTO
  • Mədəniyyət

  • Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Respublikasının Xalq rəssamı, görkəmli sənətkar Eldar Mikayılzadə ilə Mədəniyyət Komitəsində görüşüb.

    Asiya.az
    xəbər verir ki, Millət vəkili Xalq rəssamını 65 illik yubileyi münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb:

    "Hörmətli Eldar müəllim,
    Sizi – görkəmli xalçaçı-rəssamı, bir sıra nüfuzlu sənət birliklərinin, o cümlədən UNESCO yanında Rəssamlar Birliyinin üzvü, Azərbaycan manatının ilk eskizlərinin müəllifini 65 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!
    Sizin ziyalılığınız, peşəkarlığınız, etnoqrafik yaddaşımızı böyük ustalıqla sənətdə əks etdirməyiniz Sizə böyük şöhrət qazandırıb. Əsərlərinizdə əl-ürək-ruh birliyinin təntənəsi görünür!

    Əsərləriniz Türkiyə, Böyük Britaniya, Rusiya, Küveyt, Səudiyyə Ərəbistanı, Fransa və b. ölkələrdəki şəxsi kolleksiyalarda saxlanılır.
    Siz hazırda Dövlət Rəssamlıq Akademiyasında çalışırsız, gənc nəslə sənətin sirlərini sevə-sevə öyrədirsiz.
    Sizi bir daha təbrik edir, ən xoş diləklərimizi yetiririk"!

    Xalq rəssamına Komitə adından Təbrik Məktubu və üzərində "Qarabağ - Azərbaycandır!" yazılmış qol saatı təqdim edilib.
    Yubilyar səmimi görüş və təbrik üçün Komitə sədrinə təşəkkür edib, öz sənət xatirələrini, o cümlədən ustadı Səttar Bəhlulzadə ilə bağlı maraqlı xatirələrini bölüşüb, mədəniyyət ili kimi xarakterizə olunan 2021-ci il daxil olmaqla yeni yaradıcılıq planları barədə danışıb. Xalq rəssamı öz kitabını imzalayaraq Q.Paşayevaya bağışlayıb.
    Qənirə Paşayeva Xalq rəssamı ilə görüşdü - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər