Futbol meydançası böyüklükdə olan asteroid yerə yaxınlaşır

Futbol meydançası böyüklükdə olan asteroid yerə yaxınlaşır
  • Maraqlı

  • NASA dünyaya nəhəng asteroidin yaxınlaşdığını elan edib.

    Asiya.az
    Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ Milli Aeronavtika və Kosmik İdarəsi (NASA) saniyədə 9 kilometr sürətlə Yerə yaxınlaşan və futbol meydançası böyüklükdə olan bir asteroidin 4 may tarixində Yerin yaxınlığından keçəcəyini açıqlayıb.

    "2021 AF8” adı verilən asteroidin Yerin 3 milyon 400 min kilometr məsafəsindən etibarlı şəkildə keçməsi gözlənilir. Buna baxmayaraq astronomlar astroidi diqqətlə izləyirlər.

    NASA-dan bildirilib ki, kosmosdakı bəzi böyük asteroidlərə nisbətən kiçik olsa da, "2021 AF8” Kosmosdakı cismlərin 90 faizindən böyükdür.
    PAYLAŞ:

    Oxşar xəbərlər