Masallıda yeni uşaq baxçası tikilir - FOTOLAR

Masallıda yeni uşaq baxçası tikilir - FOTOLAR
  • Sosial / Araşdırma

  • Masallı rayonu Ərkivan qəsəbəsində 100 yerlik, 4 qrupluq yeni uşaq bağçası tikiləcək.

    Asiya.az
    xəbər verir ki, uşaq bağçası Heydər Əliyev Fondunun təşəbbüsü, sahibkarlar Qalib MəmmədovMəşkur Qasımovun dəstəyi ilə inşa olunacaq.

    Yeni bağça şəhid mayor Anar Novruzov küçəsində, C.Cabbarlı adına Ərkivan qəsəbə 1 saylı tam orta məktəbin həyətində inşa ediləcək.

    Qeyd edək ki, 18 mindən çox əhalisi olan Ərkivan qəsəbəsində cəmi bir uşaq bağçası vardır. 100 yerlik olan həmin uşaq baxçasının bir hissəsinə 1-ci Qarabağ müharibəsi illərində məcburi köçkünlər yerləşdirilib. Bu səbəbdən 1993-cü ildən indiyə kimi bağça 40 yerlik fəaliyyət göstərir.
    İnşa ediləcək bağçanın fotoları:
    Masallıda yeni uşaq baxçası tikilir - FOTOLAR
    Masallıda yeni uşaq baxçası tikilir - FOTOLAR
    Masallıda yeni uşaq baxçası tikilir - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər