
Asiya.az xəbər verir ki, sərəncamla Qax, Qəbələ, Oğuz və Şəki rayonlarında cəmi 956 şagird yerlik modul tipli 15 məktəbin (siyahı əlavə olunur) quraşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 5 056 000 manatı Təhsil Nazirliyinə ayrılsın.
Qax, Qəbələ, Oğuz və Şəki rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı
Oğuz rayonu Baş Daşağıl kənd 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 425 000
Oğuz rayonu Mollalı kənd 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 425 000
Oğuz rayonu Xaçmazqışlaq kənd 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 425 000
Şəki rayonu Aşağı Daşağıl kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 425 000
Şəki rayonu Daşbulaq kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 390 000
Şəki rayonu Öyrət kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 315 000
Şəki rayonu Yeni Göynük kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 285 000
Şəki rayonu Çapağan kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 285 000
Qəbələ rayonu Qaradeyn kənd 80 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 390 000
Qəbələ rayonu Şəfli kənd 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması 230 000
Qəbələ rayonu Laza kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 390 000
Qəbələ rayonu Zərgərli kənd 56 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması 216 000
Qax rayonu Çinarlı kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 285 000
Qax rayonu Fıstıqlı kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 285 000
Qax rayonu Aşağı Malax kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 285 000
Cəmi 5 056 000