Ramiz Həsənov işdən çıxarıldı, Abel Məhərrəmovun oğlu isə geri çağırıldı

Ramiz Həsənov işdən çıxarıldı, Abel Məhərrəmovun oğlu isə geri çağırıldı
  • Siyasət / Manşet

  • Anar Abel oğlu Məhərrəmov Azərbaycan Respublikasının İspaniya Krallığında və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

    Asiya.az
    xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
    Prezidentin digər sərəncamı ilə Ramiz Həsənovun Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

    Qeyd edək ki, Anar Məhərrəmov Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun oğludur. 1978-ci il təvəllüdlü A.Məhərrov 22 yaşından Xarici İşlər Nazirliyində çalışır. O, 2016-cı ildən Azərbaycanın İspaniyadakı səfiri vəzifəsini tuturdu.
    Bildirək ki, Prezident İlham Əliyev Ramiz Həsənovun da Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

    Asiya.az-ın xəbərinə görə, sərəncama əsasən, Ramiz Ayvaz oğlu Həsənov Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib.
    Prezident İlham Əliyevin digər sərəncamı ilə Ramiz Həsənovun Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
    Ramiz Həsənov işdən çıxarıldı, Abel Məhərrəmovun oğlu isə geri çağırıldı
    PAYLAŞ:

    Oxşar xəbərlər