Elmira Axundova Azərbaycanın Ukraynadakı səfiri təyin edilib - SƏRƏNCAM

Elmira Axundova Azərbaycanın Ukraynadakı səfiri təyin edilib - SƏRƏNCAM
  • Siyasət / Manşet

  • Prezident İlham Əliyev Elmira Axundovanın Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

    Asiya.az
    xəbər verir ki, sərəncama əsasən, Elmira Hüseyn qızı Axundova Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

    Prezident İlham Əliyev Azər Xuduyevin Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda, Azərbaycan Respublikasının Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat – GUAM yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında sərəncam imzalayıb.

    Həmçinin Prezident İlham Əliyev Adış Məmmədovun Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Adış Sakit oğlu Məmmədov Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib
    PAYLAŞ:

    Oxşar xəbərlər