Masallıda yeni uşaq bağçasının təməli qoyuldu – VİDEO/FOTOLAR

Masallıda yeni uşaq bağçasının təməli qoyuldu – VİDEO/FOTOLAR
  • Sosial / Araşdırma

  • Masallı rayonunun Ərkivan qəsəbəsi, şəhid mayor Anar Novruzov küçəsində Heydər Əliyev Fondunun təşəbbüsü, sahibkarlar Qalib Məmmədov və Məşkur Qasımovun dəstəyi ilə tikiləcək yeni 100 yerlik körpələr evi-uşaq bağçasının təməli qoyulub.

    Asiya.az
    xəbər verir ki, tədbirdə Masallı rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, millət vəkilləri - Məşhur Məmmədov, Anar İsgəndərov, sahibkarlar – Qalib Məmmədov, Sucayət Qasımov iştirak edib.

    Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov uşaqların dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğunu xüsusilə qeyd etdi. Rayon rəhbəri bu sahədə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uşaqlara qayğı və mərhəmətinin ləyaqətlə təmsil edildiyini vurğuladı. Ərkivan qəsəbəsində körpə fidanların üzünə açılacaq körpələr evi-uşaq bağçası da bu mərhəmətin, diqqət və qayğının parlaq nümunəsidir.

    Təməlqoymada çıxış edən Milli Məclisin deputatları - Məşhur Məmmədov, Anar İsgəndərov, iş adamları - Qalib Məmmədov, Sucayət Qasımov bir daha yeni tikintiyə görə ölkə rəhbərinə minnətdarlıq ifadə ediblər. Onlar bildiriblər ki, uşaqların keyfiyyətli təlim-tərbiyə və qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət siyasətinin başlıca prinsiplərindən biridir.
    Pandemiya qaydalarına uyğun olaraq ara məsafəsi gözlənilmək şərti ilə keçirilən təməlqoymada Ərkivan qəsəbənin ziyalıları, ağsaqqallar, qaziləri iştirak ediblər.

    Qeyd edək ki, 18 mindən çox əhalisi olan Ərkivan qəsəbəsində cəmi bir uşaq bağçası vardır. 100 yerlik olan həmin uşaq baxçasının bir hissəsinə 1-ci Qarabağ müharibəsi illərində məcburi köçkünlər yerləşdirilib. Bu səbəbdən 1993-cü ildən indiyə kimi bağça 40 yerlik fəaliyyət göstərir.

    PAYLAŞ:

    Oxşar xəbərlər