Samuxda sərxoş sürücü bir ailənin üç üzvünü xəstəxanalıq etdi - FOTOLAR

Samuxda sərxoş sürücü bir ailənin üç üzvünü xəstəxanalıq etdi - FOTOLAR
  • Olay

  • 2021-ci ilin iyul ayının 20-də saat təqribən 19-20 radələrində Samux rayonu, Alıuşağı kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Həmin vaxtlarda “Opel” markalı nəqliyyat vasitəsini idarə edən şəxs sərxoş halda olduğundan, o, dərhal hadisə yerindən qaçır. Hətta, hadisənin baş verməsində günahkar olan həmin şəxs, xəsarət alanların xəstəxanaya çatdırılması üçün yardım göstərməyə belə cəhd etmir. Hadisə şahidlərindən sızan məlumata görə, bir ailənin üç üzvünün ağır xəsarət almasında günahkar “Opel” markalı avtomobilin sürücüsü olur. Baş verən yol-nəqliyyat hadisəsi nəticəsində İlham Qəhrəmanov (ata) böyrəklərindən ağır xəsarət alır və o, Gəncədə Abbas Səhhət adına xəstəxanaya yerləşdirilir. Mehriban Qəhrəmanova (ana) və Sədi İsazadə (oğul) isə, Gəncədəki hərbi hospitala yerləşdirilirlər və hal-hazırda hər üç şəxsin ağır durumda olduqları bildirilir. Baş verən hadisəni KİV nümayəndələrindən diqqətdə saxlamaqları tövsiyyə olunur. Yol-nəqliyyat hadisəsində xəsarət alanlar yaxın əzizlərim olduqlarından təcili Gəncə şəhərinə gəlmişəm.
    Şirin Cəfəri,
    GündəmXeber.Az informasiya portalının Baş redaktoru.

    Samuxda sərxoş sürücü bir ailənin üç üzvünü xəstəxanalıq etdi - FOTOLAR
    Samuxda sərxoş sürücü bir ailənin üç üzvünü xəstəxanalıq etdi - FOTOLAR
    Samuxda sərxoş sürücü bir ailənin üç üzvünü xəstəxanalıq etdi - FOTOLAR
    Samuxda sərxoş sürücü bir ailənin üç üzvünü xəstəxanalıq etdi - FOTOLAR
    Samuxda sərxoş sürücü bir ailənin üç üzvünü xəstəxanalıq etdi - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər