Yasamalın İcra Başçısı qanunsuz tikintiyə göz yumur - VİDEO

Yasamalın İcra Başçısı qanunsuz tikintiyə göz yumur - VİDEO
  • Sosial

  • Paytaxtın Yasamal rayon icra başçısı Elşad Həsənov Moskva prospekti 8 ünvanında qanunsuz tikintiyə göz yumur.

    Asiya TV
    -nin xəbərinə görə, el arasında “Şamaxinka” kimi tanınan ərazidə gecə saatlarında qanunsuz tikinti aparılır.

    Tikinti işləri hansı MTK, hansı şirkət tərəfindən aparılması və nə üçün təhlükəsizliyə əməl etmədən aparılması məlum deyil.

    Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq istəsəkdə, zənglərimizə cavab verən olmadı.

    Nəqliyyatın intensiv və sıx hərəkət etdiyi sözü gedən ərazidə qanunsuz tikintiyə görə təhlükəsizlik baxımından avtobus dayanacağından istifadə etmək mümkün deyil.

    Görünən odur ki, icra başçısı Elşad Həsənov da özündən əvvəlkilərinin yolunu davam edərək qanunsuz tikintilərə rəvac verir.
    PAYLAŞ:

    Oxşar xəbərlər