Masallıda şəhid övladları ilə görüş keçirildi - FOTOLAR

Masallıda şəhid övladları ilə görüş keçirildi - FOTOLAR
  • Sosial / Manşet

  • Masallı Rayon İcra Hakimiyyətində yeni dərs ilində məktəbə gedəcək şəhid övladları ilə görüş keçirilib.

    Asiya.az
    xəbər verir ki, Yeni dərs ili ərəfəsində Rayon İcra Hakimiyyətinin kiçik akt zalında Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Millət vəkili Məşhur Məmmədov və Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov Masallıdan olan şəhidlərin məktəbli övladları ilə görüş keçirib.

    Görüşdə Ərkivan qəsəbəsindən olan şəhid Anar Novruzovun oğlu, lX sinif şagirdi Nihat Novruz, Köçəkli kəndindən olan şəhid İntiqam Abbasovun oğlu, XI sinif şagirdi Əli Abbasov, Qarğaldıq kəndindən olan şəhid Elvin Əzizovun qızları - IX sinif şagirdi Şəhanə Əzizova, VII sinif şagirdi Aybəniz Əzizova və oğlu, IV sinif şagirdi Elvin Əzizov, Yolağac kəndindən olan şəhid Raqib Əzizovun oğlu, kənd məktəbinin şagirdi Rahid Əzizov iştirak edib.

    İcra başçısı və millət vəkili şəhid ailələrinin arzu və istəkləri dinləyib, həlli üçün yerindəcə lazımi tapşırıqlar veriblər.
    Masallıda şəhid övladları ilə görüş keçirildi - FOTOLAR
    Masallıda şəhid övladları ilə görüş keçirildi - FOTOLAR
    Masallıda şəhid övladları ilə görüş keçirildi - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər