Nigeriyada 800-dən çox məhbus həbsxanadan qaçıb

Nigeriyada 800-dən çox məhbus həbsxanadan qaçıb
  • Olay

  • Nigeriyanın Oyo ştatında həbsxanaya silahlı hücumdan sonra 800-dən çox məhbus qaçıb, onlardan 200-dən çoxu saxlanılıb.

    Asiya.az
    xəbər verir ki, bu barədə yerli NAN agentliyi məlumat yayıb.

    Daha əvvəl "Punch" qəzeti Nigeriyanın cənub-qərbindəki həbsxanaya silahlı hücum edildiyini və məhbusların sərbəst buraxıldığını bildirmişdi.

    Məlumata görə, silahlı şəxslərlə həbsxana mühafizəçiləri arasında toqquşma baş verib, sonra məhbuslar dinamitdən istifadə edərək divarı dağıdıb və qaçıblar.
    PAYLAŞ:

    Oxşar xəbərlər