Kazanda orta məktəbə silahlı hücum zamanı 7-si şagird olmaqla, 8 nəfər həlak olub

Kazanda orta məktəbə silahlı hücum zamanı 7-si şagird olmaqla, 8 nəfər həlak olub
  • Dünya

  • Rusiyanın Kazan şəhərində orta məktəbə silahlı hücum zamanı 8 nəfər həlak olub.

    Asiya.az
    -ın Rusiya bürosunun xəbərinə görə, bu barədə Tatarıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

    Tatarıstan prezidenti Rüstəm Minnixanov hadisə yerində jurnalistlərə açıqlamasında orta məktəbə silahlı hücum zamanı 8-ci sinif şagirdləri olan 7 uşağın həlak olduğunu, onlardan dördünün oğlan, üçünün qız olduğunu söyləyib. Həlak olanlardan biri isə müəllimdir.

    Hadisə nəticəsində 16 nəfər yaralanıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər