Birinci qrup əlilin avtomobilini girov qoyub 6000 min manatı götürüb aradan çıxdı - FOTO/VİDEO

Birinci qrup əlilin avtomobilini girov qoyub 6000 min manatı götürüb aradan çıxdı - FOTO/VİDEO
  • Hadisə

  • Masallı rayon Ərkivan qəsəbə sakini Əhmədov Əhməd Ramiz oğlu başına gələn hadisə ilə bağlı Cənubunsəsi.az xəbər portalına danışıb şikayətçi Əhmədov Əhməd Ramiz oğlunun şikayətini olduğu kimi təqdim edirik.

    "Mən Əhmədov Əhməd Ramiz oğlu Masallı rayon Ərkivan qəsəbə sakiniyəm. Hazırda Masallı rayon Mişkəmi kəndində yaşayıram ailəmlə birlikdə. Taksi fəaliyyəti ilə məşğulam dostların, qohumların köməkliyi ilə maşın almışam, Masallı rayon Köhnə bazar ərazisində taksi xidməti göstərərkən bir nəfər şəxs mənə yaxınlaşıb onu Hotelə aparmağımı dedi və məndə onu hotelə apardım. Hotelə apararkən yolda mənə suallar verdi ki, "sənin əl - ayağın niyə zəif  işləyir nə olub sənə ? " Məndə cavabında dedim ki , mən 1 - ci qrup əliləm . Sonra mənə  özünü təqdim elədi ki , adım Kamal İsmayılov
    SOCAR-ın işçisi kimi özünü təqdim elədi. Mən ezam olaraq gəlmişəm, məni Lənkəran şəhərinə göndəriblər . Lənkərandan gəlmişəm Masallıya burada qazi ailələri ilə görüşürəm. Sonra mənə dedi ki , mən sənə köməklik etmək istəyirəm xəstəliyinlə əlaqədar istəyirəm ki , səni ya işlə ya da ki,  Sosial yardımla təmin edim və başladı həkimlərə zəng etdi bir neçə adamla danışdı. Sonra onu Hotelə aparıb çatdıranda məndən nömrə istədi sonra Hoteldən qayıdarkən gəl məni apar Boradigah  qəsəbəsində yerləşən  xəstəxanaya. Məndə onu Boradigah  xəstəxanasına gətirərkən yenidən suallar verdi , zəng etdi nazirliyə  və mənə dedi ki, narahat olma sosial yardımlada təmin olunacaqsan amma mənə  sənədləri təqdim etməlisən.  Boradigah da işi qurtarandan sonra mənə dedi ki, gedək sənədlərini mənə təqdim et göndəriş edim ki, sənin sosial yardım işin düzəlsin həmdə səni işlə təmin edim. Gəldik evə  sənədlərimə baxdı axşam saatları idi sənədlərə baxdıqdan sonra mən ona dedim ki qonağım olun sabah gedərsiz o da qəbul etdi . Bir gün bizdə qaldı biz daha da yaxından tanış olduq. O bir çox adamlara zəng edirdi, müğənnilərə, meyxanaçılara  özü isə Badamdar qəsəbəsində yaşayıram dedi orada bir çox müğənni ilə qonşuyam Manaf Ağayev və s adları çəkdi  hətta Vasif Əzimov, Orxan Lökbatanlının qohumlarını Socar da işlə təmin etdiyini bildirdi ona görə də istədiyim vaxt onlarla əlaqə saxlaya biləcəyini,  o insanların məndən asılı olduğunu  dedi .   Hətta dedi ki , hər hansı biri mənim zəngimi açmasa onların qohumların işdən çıxartdıraram. Belə yalanlar danışaraq məni özünə inandırdı  ki , həqiqətən SOCAR- ın işçisidir, SOCAR da işçi qəbul edən budur. Məndə ona dedim ki, mən 1 - ci qrup əliləm bəs işlə necə təmin olunacam ? Axı dövlət işidir necə işləyəcəm? O da mənə əminliklə dedi ki , narahat olma hamısı mənlikdir mən adi adam deyiləm , mənim dayılarım prezidentin köməkçiləridir , atamın Şuşa şəhərində obyektləri var , maşınları var böyük bir adamdır , bacım Bakı şəhərində  bağça müdirəsidir . Özünü böyük bir adam kimi təqdim etdi məni SOCAR- da sürücü kimi  işlə təmin edəcəyini bildirdi  amma maşını dəyişək lazım gəldiyində  dedi "çünki maşın 4 nəfərlikdir bizə daha böyük maşın lazımdır" dedi . Sonra mənə dedi ki  Turbo. aza daxil olub oradan maşın tapmaq lazımdır. Sonra biz Turbo.aza daxil olduq amma mən nədənsə orada da şübhələnmişdim ki , həmən nömrəni yığmadı , danışırdı kimləsə  hətta bir çox adamlarla, mənim  bildiyimə görə bunlar bir qrupdular. Zənglərdə səsucaldıcı ilə danışırdı axı nazirliklə belə danışa bilməz . Nazirliyə zəng edib deyirdi ki , nə lazımdı mən edirəm saxta yollada  olsa sosial yardımla təmin edim . Məndə ona bildirdim ki , axı mənim adımda maşın var  mənə sosial yardım düşmür, mənə isə cavabında dedi ki , mənim üçün problem deyil, hətta elə danışdı ki , guya nazirlikdə pul qəbul edir və  Sosial yardımla təmin edir . Bu formada yalanlarda danışdı SOCAR-IN da adına ləkə gətirdi . Noyabrın 8 - i  biz Bakı da olmalıyıq maşını  Gürcüstan  gəlib  Meyvəlidədi  . Biz bu maşını girova qoyub pul götürməliyik  pul çatmır Kamal İsmayılov dedi ki , kartımda   pul var   amma yenədə pul çatmır  ardınıda düzətməliyik . Biz Bakı şəhərinə getdik noyabrın 8- də getdik orada Polis İdarəsinin qarşısında adamlarla görüşdü və orada maşını girov qoyulmasını dedi  ancaq özü danışdı orada ki , şəxslərdə yaxınlaşdı maşını girov qoydu  pulu isə Kamal İsmayılova verdilər mənə  yox . Məndə pulu Kamal İsmayılova verəndə dedim ki,  pulu maşına qoy, sənədləri hazırla . Mənə dedi ki , 3 - 5 gün ərzində maşını girovdan götürəcəyik narahat olma 5 günə mən səni işlə təmin edəcəm aldığımız maşınla da  SOCAR - da işləyəcəksən. Oradan bizim hesabımıza pul köçürüləcək və sənin maşınıvı girovdan çıxaracağıq və sən işə başlayacaqsan . O pulu alandan sonra pulu götürüb qaçdı  mən əlil olduğuma görə maşından düşə bilmədim heç bir şey edə bilmədim . Mən hal - hazırda  dövlətimizdən, polisimizdən , imkanlı şəxslərdən xahiş edirəm bu məsələ barədə mənə köməklik göstərsinlər  ki , həmin şəxs tapılsın və mənə dəyən ziyan ödənilsin çünki mən taksi fəaliyyəti ilə məşğulam başqa heç bir yerdən gəlirim yoxdu maşınımda ki, girovdadır  maşını 1 aydan sonra aparacaqlar amma ki , mən o maşınla çörək qazanırdım indi isə çarəsiz qalmışam nə edəcəyimi bilmirəm sizdən çox xahiş edirəm mənə köməklik göstərəsiniz.
    Masallı rayon Ərkivan qəsəbə sakini Əhməd Əhmədov



    PAYLAŞ:

    Oxşar xəbərlər