Ərkivanlı məmur medal aldı

Ərkivanlı məmur medal aldı
  • Siyasət

  • Masallı Rayon İcra Hakimiyyəti başçısının Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Əhməd Əhmədov “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

    Asiya.az
    xəbər verir ki, Əhməd Əhmədov Dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 iyun 2021-ci il tarixli Sərəncamı ilə Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif edilib.

    Qeyd edək ki, Əhməd Əhmədov 12 sentyabr 1961-ci ildə Masallı rayonunun Ərkivan kəndində anadan olub.

    O, 1979-cu ildə Bədirli orta məktəbini bitirib.
    1980-1982-cü illərdə Sovet Ordu sıralarında xidmət edib. Bölmə komandirinin müavini olub.
    1983-1988-ci illərdə N.A.Voznosenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialını (D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnsitutu, qiyabi təhsili üzrə) bitirib.
    İşləyə-işləyə təhsilini davam etdirib. İlk əmək fəaliyyətinə 2 nömrəli Bakı Şərab Zavodundan başlayıb.
    1983-1984-cü illərdə Masallı Quraşdırma İdarəsində çalışıb.
    1984-1992-ci illərdə Masallı Tara Müəssisəsində işlərkən kiçik mühasiblikdən baş iqtisadçı vəzifəsinə qədər yüksəlib.
    2002-ci ildən bu günə kimi Masallı RİHB-nın Ərkivan ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində çalışır.
    2002-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
    İşlədiyi müddətdə rəhbərlik tərəfindən dəfələrlə fəxri fərman və təşəkkürnamələrə layiq görülüb.
    Ailəlidir. 2 qızı, 1 oğlu, 7 nəvəsi var.
    PAYLAŞ:

    Oxşar xəbərlər