DİN-in generalı işdən çıxarıldı

DİN-in generalı işdən çıxarıldı
  • Siyasət / Manşet

  • Azərbaycanda yüksək vəzifəli general işdən çıxarılıb.

    Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Komandanının müavini – Şəxsi Heyət üzrə İdarənin rəisi, general-mayor Vidadi Əliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar ehtiyata buraxılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumatı təsdiqləyiblər. 

    Xatırladaq ki, V.Əliyev Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2004-cü il tarixli 392 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Kоmandanının müavini – Şəxsi heyət üzrə İdarənin rəisi vəzifəsinə təyin edilmişdi.

    Qeyd edək ki, Vidadi Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin keçmiş müavini general-leytenant Vahid Əliyevin qardaşıdır. //Lent.az
    PAYLAŞ:

    Oxşar xəbərlər