DİN-in Şəxsi Heyətlə İş İdarəsinə yeni rəis təyin edilib - EKSKLÜZİV

DİN-in Şəxsi Heyətlə İş İdarəsinə yeni rəis təyin edilib - EKSKLÜZİV
  • Siyasət / Manşet

  • Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsinə rəis təyin edilib.

    Asiya.az
    xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

    Əmrə əsasən, polis polkovniki Elçin Məmmədov Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsinə rəis təyin edilib.

    DİN-in mətbuat xidmətindən təyinatla bağlı faktı APA-ya təsdiqləyiblər.

    Qeyd edək ki, DİN-in Şəxsi Heyətlə İş İdarəsinin sabiq rəisi, polis polkovniki Rahib Qarayev bir müddət əvvəl xidmətdə olan son yaş həddi ilə əlaqədar işdən azad edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər